Ölkədə ödəniş kartlarının sayı artaraq 12 milyon 244 min ədədə çatıb

11:50 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyun ayında artaraq 12 milyon 244 min ədədə çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu may ayı ilə müqayisədə 225 min ədəd çoxalma deməkdir.

2021-ci ilin sonu ilə müqayisədə (6 ayda) isə ödəniş kartlarının sayı 1 milyon 204 min ədəd artıb.

İyun ayında əməkhaqqı kartları 19 min ədəd artaraq 2 milyon 669 min ədədə, digər debet kartlarının sayı 186 min ədəd artaraq 4 milyon 576 min ədədə, kredit kartlarının sayı isə 25 min ədəd artaraq 1 milyon 551 min ədədə yüksəlib.

Sosial kartların sayı isə 6 min ədəd azalaraq 3 milyon 448 min ədədə düşüb.