“PAŞA Bank”da yeni təyinatlar həyata keçirilib

14:21 - 21.07.2022


21 iyul, Fineko/abc.az. “PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşıb.

ABC.AZ xəbər verir ki, Bankın Müşahidə Şurasının qərarına əsasən, Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcəkdir.

Eyni zamanda “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.