Son 6 ayı 165 min manat xalis mənfəətlə başa vuran Bank - Hesabat

11:12 - 21.07.2022


21 iyul, Fineko/abc.az. “Bank Avrasiya” “Bank Avrasiya” ASC 2022-ci ilin ilk yarısını (yanvar-iyun dövrünü) 165 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, Bank ötən ilin eyni dövrünü 3 milyon 928 min manat xalis zərər ilə bağlamışdı.

2021-ci ilin yanvar-iyun dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 5 milyon 807 min manat ikən, 2022-ci ilin eyni dövründə 5 milyon 956 min manat təşkil edib.

Bankın qeyri-faiz gəlirləri isə 917 min manatdan 1 milyon 374 min manata yüksəlib.