Valyuta ehtiyatlarımız artıb - 52 milyard dolları keçib

11:13 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 milyard 678,7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunun 86 %-i və yaxud 45 milyard 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 milyard 371,9 milyon dolları isə Mərkəzi Bankın payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb.

Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1%, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.

Müəllif: Elmir Murad