Bəzi BOKT-lar zərərlə işləyir

12:33 - 18.07.2022


18 iyul, Fineko/abc.az. Azərbaycanda bəzi bank olmayan kredit təşkilatları (BOKT) zərərlə işləyir. Bu da onların korporativ idarəetmə ilə bağlı boşluqları, eləcə də banklara rəqabətdə uduzması ilə bağlıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.

"Bankların kredit vermək üçün resursları BOKT-lara nisbətən ucuz başa gəlir. Məsələn, banklar orta hesabla illik 9%-lə əmanət cəlb edə bilirsə, BOKT-ların belə bir hüququ yoxdur. Onların maliyyə mənbəyi daha çox öz kapitallarıdır. Bu vəsait çatışmadıqda onlar bazara çıxır və orta hesabla illik 16-18%-lə pul cəlb edir. Həmçinin BOKT-ların müştəri bazası banklardan fərqli olaraq daha aşağı ödəniş qabiliyyətli insanlardır. Onların isə kredit ödənişlərində müəyyən qədər gecikmələr olur. Bu da faktiki olaraq BOKT-lar üçün təzyiqlər formalaşdırır", - deyə AMB rəsmisi qeyd edib.