Türkiyənin məşhur şirkəti Bakı Limanında fəaliyyət göstərəcək - Müqavilə imzalandı    

16:31 - 15.07.2022


15 iyul, Fineko/abc.az . Türkiyənin 50-dən çox şirkəti birləşdirən aparıcı holdinqi, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarəetməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəsi olan “Albayrak” şirkətlər qrupu Bakı Limanında regionun logistik imkanlarının genişləndirilməsində iştirak edəcək.

ABC.AZ xəbər verir ki, bununla əlaqədar "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və “Albayrak”ın rəhbəri Ahmet Albayrak imzalayıb.