Gömrük xidməti göstərən bankların sayı artırılıb  

14:52 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Azərbaycanda gömrük xidmətləri göstərən bankların sayı artıb. ABC.AZ xəbər verir ki, "Azərbaycan Sənaye Bankı" da bundan sonra gömrük xidmətləri göstərəcək. Bunun üçün Dövlət Gömrük Komitəsi adıçəkilən bankı kredit təşkilatlarının reyestrinə daxil edib.

Qeyd edək ki, bununla da gömrük xidmətləri göstərən bankların sayı 17-yə çatıb.