Azərbaycanda milli reytinq agentliyi yaradılacaq  

17:15 - 13.07.2022


13 iyul, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən milli reytinq agentliyinin yaradılması imkanları nəzərdən keçirilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu istiqamətdə  beynəlxalq təcrübə araşdırılıb və bir sıra ölkələrin təcrübəsi öyrənilib.

Qeyd edək ki, Mərkəzi Bank yerli kredit reytinq agentliyinin yaradılması üzrə mümkün variantları yerli banklarla müzakirə edəcək.