BVF proqnozunda Azərbaycan banklarından yazdı

17:31 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi BVF Rusiyaya qarşı sanksiyaların indiyədək Azərbaycanın bank sektoruna məhdud təsir göstərdiyini açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, BVF proqnozunda hökumətin hazırda Rusiyadakı müxbir banklarla bağlı ciddi problem görmədiyini və vəziyyəti diqqətlə izlədiyini qeyd edib.

"Bununla belə, ABŞ və Avropadakı müxbir banklarla bağlı bəzi çətinliklər, o cümlədən ödənişlərin icrasında gecikmələr var. Azərbaycan banklarının üçdə ikisinin ABŞ və Avropa banklarında müxbir hesabı olduğu halda, bəzi bankların müxbir bank xidmətlərinə çıxışı ilə bağlı problemlər davam edir"- deyə əlavə edilib.