ARDNF-in aktivləri qarşıdakı illərdə belə artacaq

14:33 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Xəbər veediyimiz kimi Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 82 milyard 76 milyon dollara qədər artacağını proqnozlaşdırır.

ABC.AZ-ın İnterfax-a istinadən məlumatına görə, 2025-ci ildə ARDNF-in aktivləri 76 milyard 580 milyon dollara, 2026-cı ildə 79 milyon 840 milyon dollara, 2027-ci ildə 82 milyard 760 milyon qədər artacaq.

"Azərbaycan iqtisadiyyatı Ukraynada müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından qazanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq”, - deyə fondun şərhlərində vurğulanır.