2028-ci ilədək Dövlət Neft Fondunun aktivləri bu qədər artacaq

14:12 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 82 milyard 76 milyon dollara qədər artacağını proqnozlaşdırır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2021-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 45 milyard 25 milyon dollar təşkil edib. Beləliklə, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivlərinin 82,3% artacağı gözlənilir.

BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 53 milyard 426  milyon dollara (2021-ci illə müqayisədə artım 18,7%), 2023-cü ilin yekunları üzrə 62 milyard 168 milyon dollara, 2024-cü ilin yekunları üzrə 70 milyard 742 milyon dollara çatacaq.

2025-ci ildə ARDNF-in aktivləri 76 milyard 580 milyon dollara, 2026-cı ildə 79 milyon 840 milyon dollara, 2027-ci ildə 82 milyard 760 milyon qədər artacaq.