16:34 - 28.06.2022
28 iyun, Fineko/abc.az. Bugün Bakı Fond Birjasında (BFB) "FİNCA AZƏRBAYCAN" QBKT MMM-nin tədavül müddəti 2 il olan, 3 milyon AZN həcmində, faizli, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirirlib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən 100 AZN (12.5%) qiymətindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək.
İstiqrazların ödəmə tarixi 28 iyun 2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
8 Avqust 2026
8 Avqust 2026