Azərbaycanda problemli kreditlər artıb ya azalıb?

12:31 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi məlum olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə banklarda problemli kreditlərin məbləği 673,7 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 0,2 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4%, son 1 ildə isə 25,7 % azalıb.

Mayın sonuna problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,6% təşkil edib.

Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il mayın sonuna isə 6% olub.