12:31 - 20.06.2022
20 iyun, Fineko/abc.az. Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.
Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026