16:49 - 18.05.2018
18 may, Fineko/abc.az. Mayın 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, hər birinin nominal dəyəri 100 manat olmaqla, emissiyanın həcmi 35 milyon manat təşkil edəcək.
“İstiqrazların tədavül müddəti 364 gündür. Yerləşdirmənin anderrayteri qismində “PASHA Kapital” şirkəti çıxış edəcək”, - deyə məlumatda bildirilir.
27 İyul 2026