16:14 - 17.06.2022
17 iyun, Fineko/abc.az. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 milyard ABŞ dollarına yüksəlib.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınıb.
Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir.
Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026