Azərbaycan banklarında təmərküzləşmənin artımı müşahidə olunub

11:13 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın “Maliyyə sabitliyi hesabatı – 2021” hesabatı çap olunub.

ABC.AZ bildirir ki, hesabatda təmərküzləşmənin aşağı və orta səviyyələrdə olmasına baxmayaraq son 3 ildə sektorda təmərküzləşmənin artımı müşahidə olunduğu qeyd edilib.

HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur.

Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500><HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHIın dəyəri 0-10000 arasında dəyişə bilər.