15:09 - 16.06.2022
16 iyun, Fineko/abc.az. Azərbaycanda hazırda 20-dən artıq fintex təşkilatı fəaliyyət göstərir ki, bunların da əksər hissəsi ödəniş, loyallıq və xidmətlərin satışı sahəsi ilə məşğuldur.
ABC.AZ Ölkə.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan Talıbov deyib.
O bildirib ki, ödəniş xidmətləri sahəsində qanun qəbul olunması sahəsində Azərbaycanda fintexlərin önündə geniş spektrli imkanların açılması gözlənilir:
"Ölkədə fintex sahəsinin inkişafı üçün fintex şirkətlərindən bir sıra gözləntilər var. Gələcəkdə fintex sahəsində qanun qəbul edildikdən sonra fiziki şəxslərin hesablarına xidmət etməklə yanaşı, hüquqi şəxslərlə bağlı imkanlar verilsə, bu, fintexlərə müxtəlif xidmətlər təklif etməyə imkanlar yaradacaq. Ödəniş xidmətlərinin maliyyə mənbəyi kimi qəbul edilməsi gələcəkdə ölkəmizdə fintexlərin göstərdiyi xidmətləri əlavə dəyər vergisindən azad edəcək ki, bu da fintexlərə maliyyə vəsaitlərinə qənaət etməyə imkan verəcək".
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026