FED növbəti faiz qərarı verdi - Faiz dərəcələri 75 baza bəndi artırıldı

10:03 - 16.06.2022


16 iyun, Fineko/abc.az. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, qurum ABŞ dolları üzrə faiz dərəcələrini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.

Bankın iyun iclasında qərar verdiyi 75 baza bəndi artımı 1994-cü ildən bəri ən sürətli faiz artımı olub.