12:30 - 13.06.2022
13 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 % artıb.
İstifadə olunmuş vəsaitin 2 milyard 829,6 milyon manatı və ya 57,6 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 799 milyon manatı (36,6 %-i) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026