16:31 - 10.06.2022
10 iyun, Fineko abc.az. "Bakı Fond Birjası" QSC-də (BFB) “Bank Respublika” ASC-nin 5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hərraca 4 investor qiyməti 1 000 manat (8,5%), ümumi məbləği isə 5 milyon manat olan 4 sifariş təqdim edib.
Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5%-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026