11:22 - 10.06.2022
10 iyun, Fineko/abc.az. 2022-ci ilin 1-ci rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 318 milyon dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, 2022-ci ilin 1-ci rübü üzrə Tədiyyə Balansında bildirilir.
Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (196,8 milyon dollar) ixracı (121.3 milyon dollar) üstələməsi nəticəsində 75.5 milyon həcmində kəsir yaranmışdır.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.7 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 196,8 milyon dollar olmuşdur.
Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026