11:54 - 9.06.2022
9 iyun, Fineko/abc.az. Rusiya bazarını tərk edən beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” ödənişlərdə problem yarandıqda saxladıqları sığorta əmanətlərini Rusiya banklarına qaytarmağa başlayıblar.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla belə, sanksiyalara məruz qalan banklar problemlərlə üzləşə bilər.
Ekspertlər bildiriblər ki, Visa və Mastercard bank kartlarını emissiya edən bank ödənişləri həyata keçirə bilmirsə, beş günlük dövriyyəni ödəmək üçün depozitlər tələb olunur. İlk 50-liyə daxil olan böyük maliyyə qurumu üçün bu məbləğ on milyonlarla dollar, ən böyük banklar üçün yüz milyonlarla dollar, bütün bank sistemi üçün isə bir neçə milyard dollar ola bilər.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026