17:17 - 8.06.2022
8 iyun, Fineko/abc.az. İyunun 2-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə ABC.AZ BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq.
Onların illik gəlirliliyi 8.5 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.