15:43 - 3.06.2022
3 iyun, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin 5 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5%-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026