"Yelo Bank"ın səhmdarlarının pay bölgüsü dəyişib

16:46 - 1.06.2022


1 iyun, Fineko/abc.az. "Yelo Bank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

ABC.AZ report-a istinadla xəbər verir ki, bu barədə Bankın illik maliyyə (audit) hesabatında qeyd edilib.

Sənədə əsasən, "Yelo Bank"ın səhmlərinin 96,02%-nə nəzarət edən "Topaz İnvestments Limited" QSC payını 95,68%-ə endirib.

Əvəzindən Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru Marina Kulişova payını 3,89%-dən 4,22%-ə, digər səhmdar "İSR Holdinq" MMC isə payını 0,09%-dən 0,1%-ə çatdırıb.