Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini stabil saxladı

15:16 - 26.05.2022


26 may, Fineko/abc.az. Türkiyə Cümhiriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bank faiz dərəcəsini 14% səviyyəsində sabit saxlayıb. Qeyd edək ki, iqtisadçılar da əvvəldən TCMB-nin faizini dəyişməz saxlayacağını gözləyirdilər.

Onu da qeyd edək ki, ötən ilin sonunda TCMB faizini tədricən 5 bənd azaldaraq 14 faizə endirmişdi.