10:02 - 17.05.2022
17 may, Fineko/abc.az. Mərkəzi Bank 2021-ci il ərzində dövlət büdcəsinə 250 milyon manat məbləğində vəsait köçürüb. ABC.AZ xəbər verir ki, bu barədə qurumun audit hesabatında bildirilir. Müqayisə üçün qeyd edək ki, Mərkəzi Bank 2020-ci ildə dövlət büdcəsinə 1 milyard manat köçürmüşdü.
"31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə Mərkəzi Bankın ümumi zərəri 162 milyon 746 min manat (2020: 52 milyon 485 min manat mənfəət) təşkil edib. Qanunun 12-ci maddəsinə uyğun olaraq Bankın kapital ehtiyatları formalaşdırıldıqdan və illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülür",- hesabatda bildirilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026