17:08 - 14.05.2018
14 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, 50101967S dövlət nömrəli notların yerləşdirilməsi üzrə hərrac mayın 16-da keçiriləcək.
“Hər birinin nominal dəyəri 100 manat olmaqla, cəmi 250 milyon manat həcmində notlar təqdim ediləcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.
27 İyul 2026