Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı iclas keçirdi - Təfərrüat

12:32 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti (İH) uçot dərəcəsi ilə bağlı bu gün iclas keçirib.

ABC.AZ-ın məlumatına görə, iclasda uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. Bunu qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

Baş bankir qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.

Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 17-də ictimaiyyətə açıqlanacaq.