Depozit hərracında AMB 350 milyon manat cəlb etməyi planlaşdırır

12:31 - 11.05.2018


11 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti  depozit hərracının keçirilməsini elan edib.

Mərkəzi Bankın məlumatına görə, hərrac 14 may 2018-ci il tarixində Bloomberq  platformasında keçiriləcək.

“Hərrac vasitəsilə 8,01% - 10,99% dərəcə  üzrə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 günə cəlb ediləcək”, - məlumatda belə deyilir.

Mərkəzi Bank 13 iyun 2016 tarixindən etibarən depozit hərracları keçirir.