15:05 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Beynəlxalq kredit reytinqi agentliyi Moody's qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim səviyyədə qalacağını bildirib.
ABC.AZ-ın məlumatına görə, Moody's tərəfindən verilən açıqlamada bunlar qeyd olunub:
"Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq və yanacaq qiymətlərindəki artım və tədarük zəncirindəki pozulmalar səbəbi ilə inflyasiya təzyiqlərinin daha qabarıq olacağı və gözləniləndən daha uzun sürəcəyi ifadə edilib. İnkişaf etmiş iqtisadiyyatlarda artan əmək xərclərinin və çoxalan inflyasiya gözləntiləri riskləri qabardacaq. Biz qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim qalacağını gözləyirik, hazırda inflyasiya riskləri yüksələn xətt üzrədir davam edir”.
18 Avqust 2026