Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri də artıb

12:34 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Mart ayında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 4,4 milyon manat artıb.

ABC.AZ-ın məlumatına görə, bununla da sözügedən şəxslərin depoziti 171,3 milyon manata yüksəlib.

Qeyd edək ki, fevral ayında fərdi sahibkarların əmanətləri daxil fizki şəxslərin əmanətlərinin məbləği ilk dəfə 10 milyard manat səviyyəsini aşaraq Martın 1-də 10 milyard 36,7 milyon manat təşkil etmişdi.