16:12 - 18.04.2022
18 aprel, Fineko/abc.az. "Bank BTB" bu ilin 1-ci rübün nəticələrinə görə, 3 milyon 201 min manat aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat yaratmağa ayırıb.
ABC.AZ-ın məlumatına görə, nəticədə bank 1-ci rübü 3 milyon 295 min manat xalis zərərlə bağlayıb. Ötən ilin eyni dövründə bank 365 min manat mənfəət əldə etmişdi.
2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, "Bank BTB"-nin aktivləri 6% artaraq 356,8 milyon manata çatıb.
Bunun 247 milyon manatı müştərilərə verilən xalis kreditlərdir. Bankın öhdəlikləri isə 305 milyon manat olub. 1-ci rübdə bankda müştərilərin tələbli depozitləri az qala 2 dəfə azalaraq 27 milyon manatdan 15,8 milyon manata düşüb.
Müddətli depozitlər isə 103 milyondan 130 milyon manata yüksəlib. 1-ci rübün nəticələrinə görə, bankın kapitalı da zərərin həcmi qədər azalaraq 54 milyondan 51,6 milyon manata düşüb. Bank BTB-nin bu göstəricisi Mərkəzi Bankın banklar qarşısında qoyduğu tələbin minimum həddinə yaxınlaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026