16:18 - 6.04.2022
6 aprel, Fineko/abc.az. ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən beynəlxalq ehtiyatları dondurulan Rusiyanın Maliyyə Nazirliyi ölkənin maliyyə tarixində ilk dəfə olaraq avrobond üzrə öhdəliklərin xarici istiqraz sahiblərinə rublla ödənildiyini açıqlayıb.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin xarici valyutada avrobond ödəniş tapşırığını xaricdəki bir vasitəçi bankın (müxbir) yerinə yetirməkdən imtina etməsi səbəbindən 649,2 milyon dollar dəyərində avrobond ödənişinin rublla edildiyi vurğulanıb.
Avrobond ödənişlərinin ümumi məbləği 649,2 milyon dollar olaraq açıqlanıb.