Rusiya şirkəti Ağdamda birgə müəssisə yaradacaq

11:38 - 4.04.2022


4 aprel, Fineko/abc.az. Azərbaycanın "Rail Trans Service" şirkəti və Rusiyanın 1520 Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın qurulması üzrə qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində bilik və təcrübəsini Azərbaycan tərəfi ilə bölüşəcək. Bundan başqa, bu sistemlərin Ağdam Sənaye Parkı ərazisində istehsalının təşkili üzrə işlər aparılacaq.

1520 Şirkətlər Qrupunun beynəlxalq layihələr üzrə Baş direktorunun müavini Dmitri Bolotskinin sözlərinə görə, bu, ən qısa zamanda Azərbaycanda müasir dəmiryolu avtomatlaşdırma sistemini yaratmağa imkan verəcək.