Azərbaycanın valyuta ehtiyatları 2 ayda bu qədər artıb - Hesabat

15:40 - 18.03.2022


18 mart, Fineko/abc.az. 2022-ci ilin ilk 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 milyon ABŞ dolları artıb. Belə ki, sözügedən dövrdə valyuta ehtiyatları 53.4 milyard ABŞ dolları üstələyib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 milyard ABŞ dollarına yaxınlaşıb.

Müəllif: Elmir Murad