Ötən ay ən çox artan bank kartları - Siyahı

15:24 - 18.03.2022


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevral ayında ölkədə Bank kartları 254 min 818 ədəd artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında sosial kartlar 9 min 204 ədəd artaraq 3 milyon 472 min 980 ədədə, əməkhaqqı kartları 25 min 187 ədəd artaraq 2 milyon 606 min 681 ədədə, kredit kartları 36 min 148 ədəd artaraq 1 milyon 450 min 330 ədədə, digər debet kartları 184 min 279 ədəd artaraq 3 milyon 998 min 101 ədədə çatıb.