15:54 - 17.03.2022
17 mart, Fineko/abc.az. İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyrineft-qaz sektoru üzrə əsas kapitala investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən bu ilin iki ayında 12,1% artıb.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində qeyd edib.
Nazir qeyd edib ki, 2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib.
Bu, qeyri–neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026