14:20 - 17.03.2022
17 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "AzerGold" QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev kitab təqdimatında gələcəyə dair bəzi planlardan danışıb.
ABC.AZ xəbər verir ki, X. Fərzəliyev "AzerGold”-un fəaliyyəti dövrü ərzində 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olunduğunu açıqlayıb.
"5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib. Hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır. Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir", - sədr müavini bildirib .
18 Avqust 2026