14:30 - 16.03.2022
16 mart, Fineko/abc.az. Rusiya və Ukrayna arasında gedən müharibənin Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcəyi gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında deyilir.
Maliyyə institutunun iqtisadçılarının fikrincə, sözügedən təsir özünü ölkənin qeyri-neft ixracı üçün potensial bazar itkilərində, əsas idxal mallarına çıxışında, inflyasiya və aktivlərin itirilməsində büruzə verəcək.
Bank bildirir ki, Azərbaycanın qeyri-neft ixracının nisbətən kiçik olması ilə yanaşı, Rusiya bu ixracın əsas istiqamətidir və 2021-ci ildə ölkənin qeyri-neft sektoru üzrə ixracının 32%-i və ya ümumi ixracın 4%-i (ÜDM-in 2,5%-i) Rusiyanın payına düşüb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026