Yeni beynəlxalq valyuta yaradılacaq - Rusiya və Çin yaradır

12:14 - 16.03.2022


16 mart, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyalar öz təsirin göstərdikcə Moskva iqtisadi böhrandan qaçmaq üçün yeni addımlar axtarışına düşür.

Belə ki, Avrasiya İqtisadi İttifaqı və Çin Xalq Respublikası dollardan istifadə etməklə hesablaşmalardan xilas olmağa imkan verəcək müstəqil pul-maliyyə sistemi yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, yaxın gələcəkdə yeni beynəlxalq valyuta yaradılacaq və bu sistemin fəaliyyəti ona əsaslanacaq.

Layihənin martın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Çin və Aİİ-nin vahid beynəlxalq valyutasının yaranması dollar və avronun ehtiyat valyuta kimi fəaliyyətinin dayandırılması demək olacaq.

Müəllif: Elmir Murad