"Fitch" Rusiyanın 31 bankı barədə qərar verdi

11:18 - 16.03.2022


16 mart, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch" Rusiyanın 31 bankı ilə bağlı yeni qərar verib.

ABC.AZ-ın məlumatına görə, agentlik Rusiya banklarının uzunmüddətli reytinqini “B” səviyyəsindən “CC” səviyyəsinə endirib. Dəyişikliklər “Raiffeisenbank”, “MKB”, “Qazprombank”, “Alfa-Bank”, “Sberbank”, “Tinkoff” və digər kredit təşkilatlarına təsir edib.

Onlar həmçinin reytinq izləmə siyahısından çıxarılıb. Bundan əlavə, Rusiyada əməliyyat mühitinin reytinqinə yenidən baxılıb, bankların sabitlik reytinqləri “CCC-“ səviyyəsinə endirilib.

Xatırladaq ki, daha əvvəl “Fitch” Rusiyanın bir çox təşkilatının reytinqini “C” səviyyəsinə endirmişdi.