Rusiya Mərkəzi Bankı banklardan qızıl alışını dayandırıb

16:19 - 15.03.2022


15 марта, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı vətəndaşların qızıla olan tələbatının artması ilə əlaqədar banklardan qızıl alışını dayandırdığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada ölkədə fiziki külçə alışına tələbatın artdığı vurğulanıb.

Açıqlamada, sözügedən artımın xüsusilə alışlarda ƏDV-nin ləğvi səbəbi ilə yaşandığı vurğulanıb.

“Rusiya Mərkəzi Bankı kredit təşkilatlarının tələblərini qarşılamaq üçün martın 15-dən etibarən kredit təşkilatlarından qızıl alışını dayandırıb", - deyə bəyanatda qeyd edilib.

Müəllif: Elmir Murad