İki ayda Gürcüstandan Azərbaycana bu qədər pul köçürülüb

14:39 - 15.03.2022


15 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 9,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 2,9 milyon dollar pul köçürülüb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,5% az və 21% çoxdur.

Təkcə 2022-ci ilin fevral ayında isə Azərbaycandan Gürcüstana 4,8 milyon dollar, əks istiqamətdə isə 1,5 milyon dollar pul köçürülüb.

Bunlar isə 2021-ci ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20% az və 15,3% çoxdur.