Dövlət büdcəsində profisit yaranıb – 1,9 milyard manatdan çox

17:14 - 14.03.2022


14 mart, Fineko/abc.az. Maliyyə Nazirliyi 2022- ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan vəsaitlərlə bağlı operativ məlumat yayıb.

ABC.AZ-ın məlumatına əsasən, 2022- ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 4 milyard 626,1 milyon manat vəsait daxil olub.

Büdcədən 2 milyard 685,1 milyon manat vəsait xərclənib.

Büdcənin icrasında 1 milyard 941 milyon manatlıq profisit (artıqlıq) yaranıb.