10:07 - 14.03.2022
14 mart, Fineko/abc.az. Honq Konq Birjasında yeni ticarət həftəsi kotirovkaların əhəmiyyətli dərəcədə azalması ilə açılıb.
ABC.AZ xəbər verir ki, əməliyyatların ilk dəqiqələrində Hang Seng indeksi 556 bənd (2,71%) aşağı düşüb.
Altı ildə ilk dəfə olaraq Hang Seng indeksi psixoloji əhəmiyyətli səviyyə olan 20 min bənddən aşağı düşərək 19 min 997 bəndini görüb.
Mənfi dinamika bank sektoru istisna olmaqla, səhmlərin bütün spektrini əhatə edir.
Ekspertlərin fikrincə, bazar Ukrayna hadisələri, eləcə də Çində pisləşən epidemik vəziyyətin təzyiqi altındadır.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026