"Goldman Sachs" və "JPMorgan Russia" Rusiyadakı fəaliyyətlərini dayandırdı

11:59 - 11.03.2022


11 mart, Fineko/abc.az. "Wall Street"in nəhəng bankları "Goldman Sachs" və "JPMorgan Russia" fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.

ABC.AZ-ın məlumatına görə, bankın Rusiyadakı fəaliyyətini tənzimləmə və lisenziya tələblərinə uyğun olaraq dayandırdığı bildirilib.

Qeyd olunub ki, bank bütün dünya üzrə müştərilərinə bazarda əvvəllər mövcud olan öhdəliklərin idarə edilməsi və ya bağlanmasında dəstək olmağa yönəlib.

Beləliklə, "Goldman Sachs" Rusiyadakı fəaliyyətini dayandıracağını elan edən ilk böyük "Wall Street" bankı oldu.

"Goldman Sachs"-ın ardınca JPMorgan da Rusiyadakı fəaliyyətini aktiv şəkildə bağladığını və bu ölkədə heç bir yeni işgüzar əlaqələrə girmədiyini bəyan edib.