Azərbaycanın bank sektoru nisbətən kiçikdir - Sara Maykl

10:51 - 11.03.2022


11 mart, Fineko/abc.az. Digər orta gəlirli ölkələrlə müqayisədə Azərbaycanın bank sektoru nisbətən kiçikdir. Əgər kreditlərin və ya depozitlərin ümumi daxili məhsula nisbətinə baxsaq eyni gəlirli ölkələrlə müqayisədə Azərbaycanda bank sektoru yuxarıda qeyd etdiyim ölkələrdəkindən balacadır.

Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ABC.AZ-a müsahibəsində deyib.

O qeyd edib ki, yəni bu sahədə də müəyyən yer var, müəyyən potensial mövcuddur.

S.Maykl bildirib ki, eyni zamanda biz maliyyə inkulizivliyi sahəsində də müzakirələr aparırıq.

Və bu sahədə bir neçə ildir, xüsusi ilə pandemiya dövründə hökumətin bu istiqamətdə öhdəliyinin şahidi oluruq: "Bu göstərir ki, insanların rəqəmsal xidmətdən istifadə etməsinin miqyası genişlənməkdədir. Hər bir ölkənin xüsusiyyətləri, onların iqtisadiyyatlarının xüsusiyyətləri fərqlidir. Buna uyğun olaraq onların maliyyə sektorunun və bank sisteminin də prioritetləri fərqlidir. Biz əlbəttə işlədiyimiz hər bir ölkədə bir neçə göstəricilər üzrə qiymətləndirmələr aparırıq, ölkələrə yardım göstəiririk. Bura yenə də bank sisteminin sabitliyi, maliyyə inkulizivliyi, maliyyvəsaitindən kreditlərə çıxış, aktivlərin keyfiyyəti, tənzimləmə fazası, bazarda rəqabət səviyyəsi və rəqəmsal texnoloji inkişafının tətbiqi daxildir. Hər bir ölkənin bank sektoruna uyğun olaraq bunlardan birinə daha çox diqqət yetirilir, digərləri isə ikinci plana keçir".

Müəllif: Elmir Murad