Bu rüsumlar 10 dəfə azaldıldı - Detallar

11:36 - 2.03.2022


2 mart, Fineko/abc.az. “Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik təklif edilir. Belə ki, bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilir.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.